Ermənistan vətəndaşı Azərbaycana vizasız gələ bilər – Ermənistan XİN

Ermənistan Xarici İşlər Nazirliyinin saytında Ermənistana giriş üçün viza tələb olunmayan ölkələr sırasında Azərbaycanın da adı qeyd edilib.

Qazet.az xəbər verir ki, yeniliyə əsasən, üzərində şəxsiyyətini təsdiq edən bütün müvafiq sənədlər olan Azərbaycan vətəndaşının Ermənistana girişinə maneəsiz icazə verilir. Bu isə o deməkdir ki, eyni qayda Ermənistan vətəndaşlarına da şamil olunmalıdır.

- Advertisement -

XİN-in rəsmi saytındakı yenilik erməni cəmiyyətində ciddi səs-küy yaradıb.

Məsələ ilə bağlı Qazet.az-a danışan Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva məlumatın həqiqəti əks etdirmədiyini, lakin bu istiqamətdə araşdırmanın aparıldığını qeyd edib.

Avatar
Müseyib Baxşəliyev
Xəbər müəllifi

“Total” APİ üzvlüyündən çıxdı

Fransanın “Total” şirkəti Amerika Neft İnstitutu (APİ) üzvlüyündən rəsmən çıxdığını bildirib

Ərdoğan: Türkiyə bundan sonra da Azərbaycana dəstək verəcək

Türkiyə lideri bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığında deyib

İran ballistik raketlərin sınaqlarını keçirdi

İran ballistik raketlərin sınaqlarını keçirdi

Fransada etiraz aksiyasında qarşıdurmalar olub

Fransada keçirilən etiraz aksiyalarında 75 nəfər saxlanılıb

Almaniya polisi Frankfurt aeroportunda əməliyyat keçirir

Bu barədə Qazet.az-a “RİA Novosti”yə istinadən xəbər verir