Azərbaycan, Türkiyə və Pakistan XİN başçılarının görüşü hər il keçiriləcək

Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin növbəti görüşünün keçiriləcəyi ölkə məlum olub.

Qazet.az-ın xəbərinə görə, üçtərəfli görüşlərin üçüncü iclası 2022-ci ildə Türkiyədə keçiriləcək.

- Advertisement -

Görüşün dəqiq tarixi qarşılıqlı şəkildə razılaşdırılacaq.

Məlumata görə, Pakistanın xarici işlər naziri Mahdum Şah Mahmud Qureşi, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun iştirakı ilə yanvarın 13-də İslamabadda keçirilən toplantıda üçtərəfli görüşlərin hər il əlifba sırası ilə mütəmadi olaraq çağırılmasına razılıq verilib.

Avatar
Rüfət Xəlilov
Xəbər müəllifi

Aİ və ABŞ Navalnının sərbəst buraxılmasını tələb edir

Amerika Birləşmiş Ştatları və bir neçə Avropa ölkəsi Rusiya müxalifətinin lideri Aleksey Navalnının sərbəst buraxılmasını tələb edib

AVRO-2020 üçün müsahibə mərhələsinə start verilir

Bu gündən futbol üzrə Avropa çempionatının Bakı Könüllülər Proqramının müsahibə mərhələsinə start veriləcək

Neftin ucuzlaşması davam edir

WTI markalı neftin 1 barelinin qiyməti 0,71% azalaraq 52,05 dollar təşkil edib

Milli Məclisin komitə iclaslarının keçirilməsinə başlanılıb

Artıq yanvarın 15-də parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib

Dünya bazarında təbii qaz ucuzlaşıb

BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 4,03% artaraq 2,641 ABŞ dolları təşkil edib