İran XİN başçısı Azərbaycana səfər edəcək

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yaxın günlərdə Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcək.

Qazet.az-ın məlumatına görə, bu barədə M.Zərif İran Nazirlər Kabinetinin bugünkü iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

- Advertisement -

“Gələn həftə planlarımız yaxşı gedərsə və koronavirus testimizin cavabı neqativ çıxarsa, Qafqaza və Rusiyaya səfər etməyi düşünürəm” deyən İran XİN başçısı bildirib ki, səfərlərin tarixləri artıq müəyyənləşib.

Onun sözlərinə görə, Türkiyə ilə də danışıqlar aparılır: “Dünən gecə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə səmərəli telefon danışığım oldu”.

“Fikrim budur ki, Dağlıq Qarabağ böhranına və bölgədə sülh və sabitliyin bərqərar edilməsi vəziyyətinə kömək etmək üçün əməkdaşlıq edə biləcək ölkələrə səfər edim”, – deyə Cavad Zərif əlavə edib.

(APA)

Qazet.az
Qazet.az
Xəbər müəllifi

Əsas problemimiz Çin deyil, Şimali Koreyadır – ABŞ

Bəzi ölkələr - Rusiya, İran və Şimali Koreya bizim üçün ciddi problemlər yaradır, lakin Çinin çağırışı fərqlidir.

Pandemiya bir gündə 7,8 mindən çox insanın həyatına son qoydu

Ümumdünya Səhiyyə Təşkilatı dünyada yeni növ koronavirus infeksiyasına yoluxma hallarının son statistikasını açıqlayıb.

İsveçdə terror hücumu: yaralılar var

İsveçdə naməlum şəxs küçədə soyuq silahla insanlara hücum edib.

Türkiyə vaksinlə bağlı Gürcüstana kömək edə bilər

“Gürcüstan və Türkiyə arasında pandemiya ilə mübarizə sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub”.

“Diqlas”ın yerində nə tikiləcək? – Açıqlama

2019-cu il martın 26-da dəhşətli yanğın nəticəsində yararsız hala düşən və elə həmin ilin avqustunda söküntüsü başa çatan “Diqlas” ticarət mərkəzinin yerində hələ də hələ də heç bir obyekt tikilməyib.