ÜST-dən məktəblərin açılması ilə bağlı XƏBƏRDARLIQ

Payız fəslində məktəblərin yenidən açılması, qrip mövsümünün başlaması və qış aylarında yaşlı insanlar arasında ölüm hallarının artması koronavirusla bağlı mövcud epidemioloji vəziyyəti dəyişdirə bilər.

Qazet.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyindən Trend-in sorğusuna cavab olaraq deyiblər.

- Advertisement -

Nümayəndəlikdən bildirildiyinə görə, mövcud sübutlar göstərir ki, məktəblərin yenidən açılması epidemioloji vəziyyətə təsir edən əsas amil deyil:

“Uşaqlar virusun ötürülməsində rol oynaya bilərlər, lakin bu, məktəbdən daha çox sosial yığıncaqlarda baş verir. Məktəblər yenidən açılandan sonra orada lazımi qabaqlayıcı tədbirlərin görülməsi vacibdir.

Növbəti qrip mövsümü sürətlə yaxınlaşır. İndi ölkələrin qriplə bağlı vəziyyəti izləməsi, hər iki virusu əhatə edəcək şəkildə gündəlik epidemiyaya nəzarət sistemini yenidən qurması və gücləndirməsi çox vacibdir. Bu il bu məsələ daha böyük əhəmiyyət daşıyır, çünki tibb müəssisələrini və hazırda COVID-19-la mübarizə aparan tibb işçilərini böyük yük altında qalmaqdan qorumalıyıq”.

Avatar
İlahə Tağıyeva
Xəbər müəllifi

DİM sədri: “Builki buraxılış imtahanlarının nəticələri daha yüksəkdir”

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib

Türkiyədə zəlzələ olub

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb

İranda 4,3 bal gücündə zəlzələ baş verib

Yeraltı təkanlar yerli vaxtla saat 16:45-də qeydə alınıb

Azərbaycan dili imtahanının keçirilməsi qaydası dəyişib

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib

Zlatan İbrahimoviç koronavirusa yoluxdu

İtaliyanın "Milan" klubunun futbolçusu Zlatan İbrahimoviçdə koronavirus aşkarlanıb