Azərbaycanda son 60 ilin ən qızmar yayı gözlənilir – XƏBƏRDARLIQ

Bu il iyul-avqust aylarında havanın temperaturunun çoxillik iqlim normasından (1961-90-cı illərə nisbətən) 2-3 dərəcə yüksək olacağı gözlənilir.

Qazet.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib. Onun sözlərinə görə, bu il 2010, 2015-ci illlərin yayları kimi isti yay olacaq.

M.Həsənov qeyd edib ki, Bakı və Abşeron yarımadası və Aran rayonlarında havanın daha isti keçəcəyi proqnozlaşdırılır.

İqlimşünas alim əlavə edib ki, builki iyul-avqust aylarında Azərbaycanda isti hava dalğalarının daha tez-tez təkrarlanması müşahidə ediləcək:

“İsti hava dalğaları dedikdə, havanın orta sutkalıq temperaturunun 35 dərəcəyədək yüksək olması, belə halın 3-5 gün və daha çox müddətdə arcıdıl müşahidə edilməsi nəzərdə tutulur. Belə hava həm kənd təsərrüfatına, həm təbii şəraitə, həm də insan sağlamlığına mənfi təsir edir. Bir gün havanın temperaturu 40 dərəcə isti ola bilər, amma bu, nə insan sağlamlığı, nə də kənd təsərrüfatı üçün o qədər böyük təhlükə deyil. Lakin temperatur 37-38 dərəcə olub, 4-5 gün və daha çox davam edərsə, bu, insan sağlamlığına da, təbiətə də mənfi təsir edər”.

(Trend)

Xalq artisti Canəli Əkbərova ağır itki üz verib

Qazet.az xəbər verir ki, xalq artistinin oğlu, 1962-ci il təvəllüdlü Asəf Əkbərov vəfat edib.

Azərbaycanda internetin keyfiyyəti yaxşılaşacaq – Rəsmi

Azərbaycanın dövlət rabitə operatoru “Aztelekom” MMC magistral xətt şəbəkəsinin DWDM/MPLS texnologiyaları əsasında yenidən qurulması işlərinə başlayıb.

Pandemiyadan zərər çəkən sahibkarların kreditlərinə dövlət dəstəyi müəyyənləşdirilib

Nazirlər Kabineti koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə qərar qəbul edib

Türkiyədə yoluxma və ölüm sayında azalma

Türkiyədə son sutka ərzində koronavirusdan 18 nəfər dünyasını dəyişib, 1024 nəfərdə virus aşkarlanıb