Rezidenturaya qəbul imtahanı verəcək namizədlər üçün imtahana buraxılış vərəqəsinın verilməsinə başlanılıb

Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanı verəcək namizədlər üçün imtahana buraxılış vərəqəsinın verilməsinə başlanılıb.

Mərkəzdən Qazet.az-a verilən məlumata görə, rezidenturaya qəbul imtahanının 1-ci mərhələsi avqustun 5-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

“İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=32 linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni, “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

“İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” namizədin özü tərəfindən imzalanır. Bəyannamə zal nəzarətçisinə təhvil verildiyi üçün ayrıca vərəqdə çap olunmalıdır.

Xatırladaq ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədi ilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Qeyd edək ki, imtahan keçiriləcək tarixlərdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunarsa, imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gəlib və imtahandan sonra qayıtmasına icazə veriləcəkdir.

İmtahan iştirakçısı “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə ehtiyac yaranarsa, onu müşayiət edəcək 1 nəfər üçün arayış da çap edə bilər. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imzası ilə təsdiqlənməlidir. Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır. Yoxlama zamanı zərurət yarandıqda QR kodundan istifadə olunur.

Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib

Prezident İlham Əliyev taksi sürdü – FOTO – Video

Dövlət başçısı taksilərdən birinin sükanı arxasında əyləşərək idarə edib

Bakı çimərliklərində dənizdə üzmək qadağan edildi

Bakıdakı çimərliklərə gələnlərə dənizdə üzmək qadağan edildi

Neftçalada karantin qaydalarını pozaraq yas mərasimi keçirənlər cərimələnib

Neftçala Rayon Polis Şöbəsinə şəhər ərazisində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub