Bu şəxslərin təhsil haqqları dövlət tərəfindən ödəniləcək – DİM-dən AÇIQLAMA

Ola bilsin ki, gələcəkdə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan abituriyentlər sənəd qəbulu zamanı müəyyən edilsin.

Qazet.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

- Advertisement -

Onun sözlərinə görə, hazırda ali məktəblərə sənəd qəbulu zamanı abituriyentin həssas qrupa aid olub-olmadığı bilinmir:”Amma ola bilsin ki, belə abituriyentlərin sosial statusu ilə bağlı gələcəkdə təqdim edə biləcəkləri sənəd əsasında onların sayını elə sənəd qəbulu zamanı müəyyən edək. Bu sənəd əsasında da bu məlumatlar bizdə də olsun. Bu səbəbə görə hazırda bizdə bu il ali məktəbə qəbul olan həssas təbəqəyə aid olan abituriyentlərin sayı barədə məlumat yoxdur. Biz ərizələri qəbul edən zaman abituriyentin FİN kodu vasitəsilə kimliyini yoxlayırıq”.

M.Abbaszadə əlavə edib ki, ödənişli ixtisaslara qəbul olunanların bir qisminin təhsil haqqı dövlət hesabına ödəniləcək:

“Bu, qaçqın və məcburi köçkünlər, şəhid ailələrinin üzvləri üçün həmişə olub, amma bu ildən valideyn himayəsindən məhrum olan və s. həssas əhali qrupuna aid edilən ailələrin övladlarının təhsil haqları dövlət tərəfindən ödəniləcək. Bu abituriyentlər sənədlərini hazırlamalı və ali təhsil universitetə təqdim etməlidirlər. Yalnız bundan sonra onların təhsil haqqı dövlət hesabına ödəniləcək”.

Avatar
Müseyib Baxşəliyev
Xəbər müəllifi

Düşmənin bölmələrimizə hücum cəhdinin qarşısı alınıb

Düşmənin bölmələrimizə hücum cəhdinin qarşısı alınıb

Rusiya XİN: Gəncənin atəşə tutulması zamanı həlak olan Mayakov dəfn edilib

Gəncənin atəşə tutulması zamanı həlak olan Mayakov dəfn edilib

Düşmənin aldadaraq işğal olunmuş ərazilərə gətirdiyi əsgər və könüllülərə silahı yerə qoymaq təklif edilib

Bu barədə Qazet.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib

Gəncədə 10 qadın, 6 uşaq olmaqla 26 nəfər həlak olub

Düşmənin atəşi nəticəsində hazırki vaxtadək 65 nəfər həlak olub, onlardan 18-i qadın, 10-u uşaqdır

İşğal olunmuş ərazilərdəki dinc əhaliyə hərbi obyektlərdən uzaq durmaq tövsiyə edilir

Azərbaycanın Hərbi Komandanlığı döyüşlər gedən istiqamətlərdəki yaşayış məntəqələrində məskunlaşan dinc əhaliyə bir daha müraciət edərək onların xəsarət almaması üçün hərbi obyekt və infrastrukturdan uzaq durmasını tövsiyə edir