Məktəblərdə işğaldan azad olunan ərazilər haqqında bülletenlər hazırlanacaq

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində Azərbaycanın işğaldan azad olunan əraziləri haqqında “məktəb bülletenləri”nin hazırlanması nəzərdə tutulur.

İdarədən Qazet.az-a verilən məlumata görə, bununla bağlı BŞTİ-nin tabeliyindəki Təlimə Dəstək Mərkəzi tərəfindən ümumi təhsil müəssisələrinə müvafiq tövsiyələr verilib.

- Advertisement -

“Məktəb bülletenləri”nin hazırlanmasında əsas məqsəd uşaq və gənclərdə milli vətənpərvərlik tərbiyəsi işinin səmərəliliyini artırmaq, qüdrətli Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə diqqəti cəlb etmək, işğaldan azad olunan ərazilərimiz haqqında şagirdləri məlumatlandırmaq və Qarabağın tarixi ilə bağlı məktəbliləri maarifləndirməkdir.

Məktəblərdə tədris prosesi bərpa olunduqdan sonra hazırlanacaq bülletenlərdə şanlı ordumuzun şücaəti sayəsində erməni işğalçılarından azad olunan rayon və şəhərlər, həmçinin strateji əhəmiyyətli yüksəkliklər barədə məlumatlar və şəkillərin dərc olunması nəzərdə tutulur. Dərgidə 30 ilə yaxın bir müddətdə işğal altında olan rayon və şəhərlərin tarixi, ərazisi, əhalisi, milli-mənəvi sərvətləri, maddi-mədəniyyət abidələri barədə müəyyən məlumatlar əksini tapacaq.

Mehriban Mürsəlova
Mehriban Mürsəlova
Xəbər müəllifi

KOBİA dövlət-özəl tərəfdaşlığının inkişafı üzrə EBRD-lə layihəyə başlayacaq

KOBİA dövlət-özəl tərəfdaşlığının inkişafı üzrə EBRD-lə layihəyə başlayacaq

DİN-in mətbu orqanı “Polis” qəzeti adı altında nəşr ediləcək

DİN-in mətbu orqanı “Polis” qəzeti adı altında nəşr ediləcək

Tanınmış vəkil Tahir Əlirzayev koronavirusdan vəfat edib

Tanınmış vəkil Tahir Əlirzayev koronavirusdan vəfat edib

FRANCE-24 Ağdam haqqında: bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar

FRANCE-24 Ağdam haqqında: bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar

Şəhid kapitan Biləsuvarda dəfn edilib

Şəhid kapitan Biləsuvarda dəfn edilib