Braziliya millisinin sabiq üzvü Qazaxıstan klubunda

Futbol üzrə Braziliya yığmasının sabiq hücumçusu Vaqner Lavın Qazaxıstanın “Kayrat” klubuna transferi rəsmiləşib.

Bir neçə gün öncə Qazaxıstana gələn və koronavirus testindən uğurla keçən futbolçu artıq rəsmi müqaviləyə imza atıb. Tərəflər 6 aylıq anlaşıblar.

Qeyd edək ki, Vaqnerin son iş yeri Braziliyanın “Korintians” klubu olub. Bu klubla müqaviləsini ötən ay ləğv edən 36 yaşlı forvard, karyerası ərzində “Palmeyras”, “Flamenqo”, “Monako”, ÇSKA (Moskva), “Şandonq Lunenq”, “Alanyaspor” və “Beşiktaş” klublarının da formasını geyinib.

Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib

Prezident İlham Əliyev taksi sürdü – FOTO – Video

Dövlət başçısı taksilərdən birinin sükanı arxasında əyləşərək idarə edib

Bakı çimərliklərində dənizdə üzmək qadağan edildi

Bakıdakı çimərliklərə gələnlərə dənizdə üzmək qadağan edildi

Neftçalada karantin qaydalarını pozaraq yas mərasimi keçirənlər cərimələnib

Neftçala Rayon Polis Şöbəsinə şəhər ərazisində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub