“Formula 1”: Bakıdakı yarışın 23 – 25 apreldə təşkili nəzərdə tutulub

2021-ci ildə keçiriləcək “Formula 1” üzrə dünya çempionatının təxmini təqvimi bəlli olub.

Qazet.az xəbər verir ki, siyahıda Azərbaycan Qran-prisinin də hansı tarixdə keçirilə biləcəyi açıqlanıb. Bakıdakı yarışın 23 – 25 apreldə təşkili nəzərdə tutulub.

- Advertisement -

“Formula 1″in kommersiya hüquqlarına sahib olan “Liberty Media” yeni mövsümün təqvimini bitirməyə yaxın olduqlarını açıqlayıb. 2021-ci ildə 22 yarış planlaşdırılıb.

Gələn mövsümə martın 14-də Bəhreyndə start verilə bilər. İlin son yarışının dekabrın 5-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu Dabidə olacağı gözlənilir.

Təqvimdə koronavirus pandemiyası səbəbindən müəyyən dəyişikliklərin olacağı istisna edilmir.

Təxmini təqvim:

14 mart – Bəhreyn
28 mart – Vyetnam
11 aprel – Çin
25 aprel – AZƏRBAYCAN
2 may – Niderland
9 may – İspaniya
23 may – Monako
6 iyun – Kanada
20 iyun – Avstriya
27 iyun – Fransa
11 iyul – Böyük Britaniya
25 iyul – Macarıstan
29 avqust – Belçika
5 sentyabr – İtaliya
19 sentyabr – Rusiya
26 sentyabr – Sinqapur
10 oktyabr – Yaponiya
24 oktyabr – Avstraliya
7 noyabr – ABŞ
14 noyabr – Meksika
28 noyabr – Səudiyyə Ərəbistanı
5 dekabr – BƏƏ

(Soymotor)

Tehran Orucoğlu
Tehran Orucoğlu
Xəbər müəllifi

Azərbaycanda karantinə görə əksər məhkəmə prosesləri təxirə salındı

Ali Məhkəmənin sədri Ramiz Rzayev xüsusi karantin rejimində məhkəmələrin fəaliyyəti ilə bağlı qərar verib

Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sosial xidmətlərdən istifadəsi üçün tələblər hazırlanacaq

Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sosial xidmətlərdən istifadəsi üçün tələblər hazırlanacaq

Erməni əsgər analarının etirazları davam edir

Erməni əsgər anaları Qarabağda olan övladlarının qaytarılmasını tələb edib

Əsirlikdə olan Azərbaycan hərbçisinin xəstəxanadan fotosu yayıldı

Amin Musayevin xəstəxanadan fotosu yayıldı

Şəkidə COVID-19 xəstəsi barədə araşdırmalara başlanıldı

Bu barədə Qazet.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib