Azərbaycanın 4 idmançısı dopinqə görə cəzalandırıldı

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) dopinqə görə cəzalandırılan növbəti idmançıların adlarını açıqlayıb.

AMADA-dan qazet.az-a verilən məlumata görə, 5 nəfərlik siyahıda karate, boks, ağırlıqqaldırma və taekvondo idman növünün nümayəndələri yer alıb. Onlardan biri isə həkimdir.

- Advertisement -

Bütün idmançılardan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu təsbit olunub.

Orqanizmində diuretiklər və gizlədici maddələr tapılan karateçi Fidan Dadaşova 1, taekvondoçular Nigar İbrahimova 2, Ofeliya Allahverdiyeva 4 illik cəzaya məruz qalıb. Dadaşovanın cəzası 2020-ci il fevralın 27-dən, İbrahimovanın cəzası 2020-ci il sentyabrın 3-dən hesablanır. Allahverdiyevanın diskvalifikasiya müddəti isə 2024-ci il fevralın 18-də başa çatacaq.

Boksçu Kamran Muradov ekzogen əsilli anabolik androgen steroidlər/metasteron metaboliti maddəsinə görə 4 il müddətinə diskvalifikasiyaya olunub. Sanksiyanın başlama tarixi 2020-ci il yanvarın 14-dən hesablanır.

Ağırlıqqaldırma idman növü üzrə həkim Xalid Qüdrətovun da cəzası 4 illikdir. Yarışdan kənar müddətdə idmançıya anabolik androgen steroidlar / Prasterone (dehydroepiandrosterone, DHEA, 3b-hydroxyandrost-5-en-17-one) tətbiq etməkdə günahlandırılan Qüdrətovun cəza müddəti 2024-cü il fevralın 13-də bitəcək.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə idman sahəsində çalışan həkim dopinqə görə cəzalandırılıb.

Avatar
Rüfət Xəlilov
Xəbər müəllifi

Ermənistan siyasi olaraq TƏKLƏNDİ – Avropa Şurasından TARİXİ QƏRAR

AŞPA-nın qış sessiyası çərçivəsində qurumun monitorinq prosedurunun inkişafına dair qətnamə layihəsi müzakirə olunaraq qəbul edilib.

Nikolun diplomatik pasportu oğurlanıb – XİN

Ermənistan Xarici İşlər Nazirliyi Baş nazir Nikol Paşinyanın diplomatik pasportunun oğurlandığı faktını təsdiq edib.

Almaniyanın xarici işlər naziri ermənilərin arzusunu gözündə qoydu – “Qarabağda gedən hərbi əməliyyatlarda…”

“Dağlıq Qarabağda gedən hərbi əməliyyatlarda İŞİD terrorçularının iştirakını sübut edən dəllillərimiz yoxdur".

Rusiya Yaxın Şərq liderlərini Moskvaya toplayır

Moskva İsrail, Fələstin, Misir, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Səudiyyə Ərəbistanı ilə “Yaxın Şərq Dördlüyü” (Rusiya, ABŞ, BMT və Avropa Birliyi) nazirlərinin görüşünün keçirilməsini təklif edir.

Dünyanın ən bahalı brendi açıqlandı

Dünyanın ən bahalı brendi olan “Apple” 263,4 milyard ABŞ dolları məbləğində dəyərləndirilir.