UEFA Ukrayna millisinə texniki məğlubiyyət verdi

UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunun koronavirus səbəbindən ləğv olunmuş İsveçrə – Ukrayna oyunu ilə bağlı qərarını açıqlayıb.

Qazet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, qonaq komandaya texniki məğlubiyyət verilib.

- Advertisement -

Nəticədə 4-cü qrupda sonuncu pilləni tutan Andrey Şevçenkonun başçılıq etdiyi kollektiv A Liqasını tərk edib.

Qeyd edək ki, oyun qonaqların 6 futbolçusunun koronavirusa yoluxması üzündən baş tutmayıb. İsveçrə Səhiyyə Nazirliyinin qərarı ilə komanda tam heyətdə karantinə alınıb. Ukrayna millisi meydana çıxmağa hazır olsa da, səhiyyə orqanları buna icazə verməyib.

Avatar
Rüfət Xəlilov
Xəbər müəllifi

Almaniyanın xarici işlər naziri ermənilərin arzusunu gözündə qoydu – “Qarabağda gedən hərbi əməliyyatlarda…”

“Dağlıq Qarabağda gedən hərbi əməliyyatlarda İŞİD terrorçularının iştirakını sübut edən dəllillərimiz yoxdur".

Rusiya Yaxın Şərq liderlərini Moskvaya toplayır

Moskva İsrail, Fələstin, Misir, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Səudiyyə Ərəbistanı ilə “Yaxın Şərq Dördlüyü” (Rusiya, ABŞ, BMT və Avropa Birliyi) nazirlərinin görüşünün keçirilməsini təklif edir.

Dünyanın ən bahalı brendi açıqlandı

Dünyanın ən bahalı brendi olan “Apple” 263,4 milyard ABŞ dolları məbləğində dəyərləndirilir.

“Azəriqaz”dan qaza borcu olanlara XƏBƏRDARLIQ

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin yeni quraşdıracağı mexaniki sayğaclar vahid mərkəzdən idarə olunacaq.

Rusiya səfirliyinin müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb

Yanvarın 26-da Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.