Azərbaycan Premyer Liqası: “Neftçi” bu gün “Zirə” ilə qarşılaşacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start veriləcək.

Qazet.az xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma baş tutacaq.

- Advertisement -

Günün yeganə matçı “Bakcell Arena”da “Neftçi” və “Zirə” komandaları arasında olacaq. Samir Abasovun baş məşqçi postuna gəlişindən sonra səfərdə “Qəbələ”ni 4:1 hesabı ilə məğlub edən “ağ-qaralar” 17 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Rəqibindən 1 xal çox toplayan “qartallar” isə 2-ci sırada yer alıblar.

İndiyədək ölkə çempionatında 19 dəfə üz-üzə gəlmiş komandaların duelində meydan sahibləri 4, qonaqlar isə 10 qələbə qazanıb. 5 qarşılaşma heç-heçə ilə bitib. Topların fərqi də qəsəbə təmsilçisinin xeyirinədir – 22:18. Son 6 oyunda qonaq olan komanda qələbə qazanmayıb. “Neftçi” ardıcıl 6 ev matçında qol vurub.

Bu günə nəzərdə tutulan “Sumqayıt” – “Qəbələ” matçı isə qonaq komandanın heyətində koronavirusa kütləvi yoluxma qeydə alındığı üçün təxirə salınıb.

28 noyabr (şənbə)

Azərbaycan Premyer Liqası

XI tur

16:00. “Neftçi” – “Zirə”

Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Pərvin Talıbov, Rəvan Həmzəzadə

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: İlham Əliyev

“Bakcell Arena”.

Qeyd edək ki, turun “Keşlə” – “Sabah” və “Səbail” – “Qarabağ” oyunları noyabrın 29-da keçiriləcək.

Tehran Orucoğlu
Tehran Orucoğlu
Xəbər müəllifi

ATV-də yarpaq tökümü davam edir – Daha bir tanınmış aparıcı kanalı tərk etdi

Aparıcı Mətanət Əliverdiyeva Azad Azərbaycan televiziyasından ayrılıb.

ABŞ-ın yeni dövlət katibi məlum oldu

ABŞ Konqresinin Senatı Dövlət Departamentinin rəhbəri postuna Entoni Blinkenin namizədliyini təsdiqləyib.

Ermənistan siyasi olaraq TƏKLƏNDİ – Avropa Şurasından TARİXİ QƏRAR

AŞPA-nın qış sessiyası çərçivəsində qurumun monitorinq prosedurunun inkişafına dair qətnamə layihəsi müzakirə olunaraq qəbul edilib.

Nikolun diplomatik pasportu oğurlanıb – XİN

Ermənistan Xarici İşlər Nazirliyi Baş nazir Nikol Paşinyanın diplomatik pasportunun oğurlandığı faktını təsdiq edib.

Almaniyanın xarici işlər naziri ermənilərin arzusunu gözündə qoydu – “Qarabağda gedən hərbi əməliyyatlarda…”

“Dağlıq Qarabağda gedən hərbi əməliyyatlarda İŞİD terrorçularının iştirakını sübut edən dəllillərimiz yoxdur".