Azərbaycanda hərbi hissədə əsgər öldürən “Taliban”çı ömürlük həbs edildi – VİDEO

Bakı Ağır Cinayətlər Məhkəməsində Tərtərdə hərbi hissəyə basqın edib əsgəri öldürməkdə təqsirləndirilən Saleh Adilovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Qazet.az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrlik etdiyi kollegiyanın hökmü ilə S.Adilova ömürlük azadlıqdan məhrumetmə cəzası verilib.

- Advertisement -

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Türkiyə xüsusi xidmət orqanlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi çərçivəsində təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilən, 1984-cü il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Adilov Saleh Valeh oğlu Türkiyənin Van şəhərində saxlanılaraq ölkəmizə gətirilib.

2008-ci ildə Saleh Adilov tərəfindən dini radikal qruplaşmanın digər üzvləri ilə birlikdə Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissənin döyüş postuna silahlı basqın edilib, 1 əsgər öldürülüb, 1 əsgər ağır yaralanıb və hadisə yerindən müxtəlif silah-sursat oğurlanıb.

Saleh Adilov cinayət məsuliyyətindən yayınmağa müvəffəq olaraq, ölkə hüdudlarından kənarda qanunsuz fəaliyyət göstərən silahlı birləşmələrin tərkibində iştirak etmək üçün 2009-cu il mayın 14-də Azərbaycan Respublikasının ərazisini İran İslam Respublikası istiqamətində tərk edib, oradan isə qaçaq yolla Pakistan İslam Respublikasının Şimali Vəziristan vilayətinə gedərək “Taliban” terror təşkilatının himayəsi altında fəaliyyət göstərən Vüqar Hacızadənin rəhbərlik etdiyi terror qruplaşmasına qoşulub.

2010-cu ildə V.Hacızadə beynəlxalq antiterror koalisiyasının qüvvələri tərəfindən məhv edildikdən sonra həmin qruplaşmaya Saleh Adilov başçılıq edib.

2014-cü ildə “Taliban” terror təşkilatının vasitəsilə o, gizli yolla Türkiyəyə, oradan isə Suriyaya getmək istəyərkən İran ərazisində yerli hüquq mühafizə orqanları tərəfindən həbs edilib.

2019-cu ildə azad edildikdən sonra Saleh Adilov qeyri-qanuni yolla Türkiyə ərazisinə keçərək orada gizlənib.

Avatar
İlahə Tağıyeva
Xəbər müəllifi

Düşmənin aldadaraq işğal olunmuş ərazilərə gətirdiyi əsgər və könüllülərə silahı yerə qoymaq təklif edilib

Bu barədə Qazet.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib

Gəncədə 10 qadın, 6 uşaq olmaqla 26 nəfər həlak olub

Düşmənin atəşi nəticəsində hazırki vaxtadək 65 nəfər həlak olub, onlardan 18-i qadın, 10-u uşaqdır

İşğal olunmuş ərazilərdəki dinc əhaliyə hərbi obyektlərdən uzaq durmaq tövsiyə edilir

Azərbaycanın Hərbi Komandanlığı döyüşlər gedən istiqamətlərdəki yaşayış məntəqələrində məskunlaşan dinc əhaliyə bir daha müraciət edərək onların xəsarət almaması üçün hərbi obyekt və infrastrukturdan uzaq durmasını tövsiyə edir

Rusiya səfirliyindən Gəncə terrorunun qurbanı olan yeniyetmə ilə bağlı açıqlama

Bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin tvitter səhifəsində yazılıb

Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə müraciət edib

Sentyabrın 27-dən başlayaraq cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatlarını davam etdirərək düşmənə sarsıdıcı zərbələr endirir