Kredit kartları ilə aparılan əməliyyatların həcmi oktyabrda 13% azalıb

Bu ilin oktyabr ayı ərzində Azərbaycanda dövriyyədə olan kredit kartları ilə 156 mln. manat həcmində əməliyyatlar həyata keçirilib.

Qazet.az-ın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, əməliyyatların həcmi əvvəlki ayla müqayisədə 12,8% azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə 7,6% artım qeydə alınıb.

- Advertisement -

Oktyabr ayı ərzində həyata keçirilən ölkədaxili əməliyyatların 42 mln. manatı ATM, 59 mln. manatı POS-terminal vasitəsilə həyata keçirilən, 38 mln. manatı elektron ticarət əməliyyatlarının payına düşüb.

Beləliklə, ölkədaxili əməliyyatların həcmi 157 mln. manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 11,5% az, ötən ilin eyni dövrü ilə müqayisədə isə 13,9% çoxdur.

AMB-nin məlumatına əsasən, ölkə xaricində kredit kartları ilə hesabat ayında 17 mln. manat əməliyyat həyata keçirilib. Bu da əvvəlki ayla müqayisədə 22,7%, əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 26,1% azalıb.

Qeyd edək ki, bu ilin noyabrın 1-nə ölkədə dövriyyədə ümumi olaraq 1,066 mln. vahid kredit kartı var. Bu illik müqayisədə 40,6%, aylıq müqayisədə isə 0,8% çoxdur. Kredit kartları dövriyyədə olan ödəniş kartlarının ümumi sayında 11,7% paya malikdir.

Tehran Orucoğlu
Tehran Orucoğlu
Xəbər müəllifi

Qırğızıstanın keçmiş baş naziri saxlanıldı

Qırğızıstanın keçmiş baş naziri Məhəmmədkalıy Abılqazıyev saxlanılıb.

ATV-də yarpaq tökümü davam edir – Daha bir tanınmış aparıcı kanalı tərk etdi

Aparıcı Mətanət Əliverdiyeva Azad Azərbaycan televiziyasından ayrılıb.

ABŞ-ın yeni dövlət katibi məlum oldu

ABŞ Konqresinin Senatı Dövlət Departamentinin rəhbəri postuna Entoni Blinkenin namizədliyini təsdiqləyib.

Ermənistan siyasi olaraq TƏKLƏNDİ – Avropa Şurasından TARİXİ QƏRAR

AŞPA-nın qış sessiyası çərçivəsində qurumun monitorinq prosedurunun inkişafına dair qətnamə layihəsi müzakirə olunaraq qəbul edilib.

Nikolun diplomatik pasportu oğurlanıb – XİN

Ermənistan Xarici İşlər Nazirliyi Baş nazir Nikol Paşinyanın diplomatik pasportunun oğurlandığı faktını təsdiq edib.