BQXK TƏBİB-ə 10 ədəd “Döyüş yaralıları üçün tibbi yardım dəsti” ianə edilib

Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) 10 ədəd “Döyüş yaralıları üçün tibbi yardım dəsti” (War Wounded Kit) ianə edilib.

Qazet.az-ın məlumatına görə, 3 noyabrda Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin səhiyyə proqramı üzrə məsul əməkdaşı Tərlan Ağayev ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Beynəlxalq əməkdaşlıq və protokol şöbəsinin müdiri Ramin Ağayev sözügedən yardımın qəbul edilməsi məqsədilə təhvil-təslim mərasimində iştirak edib.

- Advertisement -

Qeyd olunan dəstin 1 ədədi 50 nəfər ağır döyüş yaralısına keyfiyyətli tibbi yardım göstərilməsi üçün nəzərdə tutulur. Bundan başqa, 30 sentyabr və 19 oktyabr tarixlərində Komitə tərəfindən TƏBİB-in tabeliyində olan “Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası” publik hüquqi şəxsinə sarğı materialı, əlcəklər və s. tibbi sərfiyyat materialları ianə edilib. Qeyd olunan ianə Komitənin nümayəndəsi Tərlan Ağayev tərəfindən Stansiyanın direktoru Mirələm Calalova təhvil verilib.

Bu ianələr dəstək üçün müxtəlif stansiya və xəstəxanalara paylanılıb.

Tehran Orucoğlu
Tehran Orucoğlu
Xəbər müəllifi

Bayden transgenderlərin ABŞ ordusunda xidmətinə icazə verdi

ABŞ prezidenti Co Bayden sələfi Donald Trampın ABŞ Silahlı Qüvvələrində transgenderlərin xidmətinə qoyduğu qadağanı ləğv edib.

Xırdalanda dağıntılar altından 1 qadının cəsədi çıxarıldı

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Çin vaksinlərinin keyfiyyəti ilə bağlı şübhələr əsassızdır – Həkim immunoloq

Yanvarın 18-də Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya prosesi başlayıb. İlkin mərhələdə tibb işçiləri, təhlükəsizlik orqanları əməkdaşları və 65 yaşından yuxarı şəxslər peyvənd olunacaq.

Separatçı Araik Arutyunyan Ağdərəyə niyə gəlib? – SƏBƏB

1991-ci ildən Azərbaycan Respublikasının işğal altındakı ərazilərində qondarılmış separatçı-terrorçu rejimin Rusiya tərəfindən xilas edilmiş tör-töküntülərinin başçısı Araik Arutyunyan dünən–yanvarın 24-də Xankəndindən Tərtər rayonunun işğal altında qalan Ağdərə şəhərinə gəlib.

Bu ölkə vətəndaşları Rusiyaya gedə biləcək

Rusiya Finlandiya, Vyetnam, Hindistan və Qətər vətəndaşları üçün ölkəyə giriş məhdudiyyətlərini ləğv edib.