Hündürlüyü iki metr olan “Şuşa” yazısı hazırdır

Vətən Müharibəsi zamanı nəticəsində işğaldan azad olunan Şuşa şəhərində quraşdırılması üçün iri ölçülü (iki metrə yaxın hündürlükdə) yazı hazırlanıb.

Qazet.az-ın məlumatına görə, xüsusi işıq diodları ilə təchiz olunmuş konstruksiya elektrik enerjisinin verilib-verilməməsindən asılı olmadan sutkanın qaranlıq vaxtında da göz oxşayacaq.

- Advertisement -

“AdCo” reklam şirkəti tərəfindən hazırlanan yazının Azərbaycanın mədəniyyət paytaxtında yerləşdirilməsi üçün artıq aidiyyatı qurumlara müraciət olunub və təsdiqini gözləyir.

Qeyd edək ki, Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin düşməndən azad edildiyini açıqlayıb. Hazırda şəhərdə infrastrukturun bərpası həyata keçirilir, restavrasiya işləri üçün hazırlıqlar görülür.

Tehran Orucoğlu
Tehran Orucoğlu
Xəbər müəllifi

Bakıda koronavirus xəstəsi itkin düşüb

Bakıda 72 yaşlı kişi itkin düşüb

Qazla bağlı sualları olanların NƏZƏRİNƏ: Bu tarixdə…

“Azəriqaz” İstehsalat Birliyinin əsas hədəflərindən biri də abonent məmnuniyyətinin təmin olunmasıdır. Bu sahədə təkcə qaz təchizatının normal rejimlərdə həyata keçirilməsi deyil, digər mühüm məqamlara da diqqət ayrılır

Merkel pandemiyanı “əsrin fəlakəti” adlandırdı

Almaniya pandemiyanın mürəkkəb fazasına qədəm qoyub

Gəncədə 100-ə yaxın tibbi işçisi peyvənd olundu – FOTO

Yanvarın 18-də Azərbaycanda COVID-19-a qarşı vaksinasiya prosesinə start verilib

Ermənilərdən növbəti HİYLƏ: Terrorçuları hərbi əsir kimi qələmə verməyə çalışırlar

Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatlar yekunlaşdıqdan sonra Ermənistan tərəfindən Qarabağa göndərilmiş terrorçu qruplar bir neçə təxribata cəhd etmişdilər