İsrailin Azərbaycandakı səfiri Corc Diik Şəhidlər xiyabanını ziyarət edib.
Qazet.az xəbər verir ki, o, bu barədə “Twitter” hesabında yazıb.
- Advertisement -
“Qara Yanvar qurbanlarını yad etmək üçün soyuq havada bu qədər çox azərbaycanlının – kişilərin, qadınların, uşaqların gəldiyini görmək çox xoş idi. Bu xalqın birlik və hörmət ruhu bu hadisələrin qurbanlarının xatirəsinə hörmət göstərmələrində də özünü göstərir”, – diplomat yazıb.